24 Fevral 2017 01:52
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı müsəlman fəallar Missuri ştatındakı vandallar tərəfindən dağıdılan yəhudi məzarlığının bərpası üçün 90 min dollar toplayıblar.

Teleqraf.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu kampaniyaya 3 mindən çox insan qoşulub.

Kampaniya iki fəal müsəlman - Linda Sarsour və Tarek El-Messidi tərəfindən başladılıb. Müsəlmanların hüquqlarının müdafiəçisi kimi tanınan Sarsour ABŞ prezidenti Donald Trampa qarşı qadın marşının təşkilatçılarından biridir.

O, həmçinin İsrailin fələstinlilərə qarşı siyasətinin tənqidçisi hesab olunur. Tarek El-Messidi isə Məhəmməd peyğəmbərin həyatı və inancı barədə ictimaiyyəti maarifləndirməklə məşğul olan "Mərhəmət zəfəri" qeyri hökumət təşkilatının yaradıcısı və başçısıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər