31 Mart 2017 08:18
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tədqiqatda ayaq və ovuc içi dərisinin qalınlaşması ölümcül xərçəng xəstəliyinin əlaməti olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, insanlar dabanlarının çatlamasına adətən fikir vermir. Ancaq bu yaxınlarda Londonda aparılan bir araşdırma göstərib ki, daban dərisinin sərtliyi göründüyündən daha təhlükəli olması artıq siqnaldır. Kraliça Mari Universitetinin alimləri qalınlaşmış daban dərisi ilə qida borusu xərçəngi arasında əlaqə olduğunu bildirirlər.

Tədqiqatçılar sübut edib ki, qida borusu xərçəngi ovuc içlərində və dabanlarda dərinin sərtləşməsinə yol açır. Bəzi hallarda dəri o qədər qalınlaşır ki, xəstələrin dərisini ülgüc belə çətinliklə kəsir.

Yemək borusu xərçənginə səbəb olan irhom2 geni dərinin ən böyük komponenti olan keratini nəzarət altına alaraq ovuc içlərindəki və ayaq altındakı dərinin qalınlaşmasına səbəb olur. Mütəxəssislər bu kəşfin xəstəliyin müalicəsində olduqca faydalı olacağını söyləyib.
Qida borusu xərçəngi əlamətləri:

— Udma çətinliyi
— Mədə pozğunluğu və mədə yanması
— Bir şey yedikdən sonra dərhal hıçqırma
— İştahın pisləşməsi və sürətli arıqlama
— Qarının üst tərəfində, sinədə və ya kürəkdə ağrılar


Müəllif:

Oxşar xəbərlər