Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş Mənsuma Əliyeva tərəfindən “Turizmlə bağlı yaddaş kitabçasının hazırlanması” adlı layihəyə yekun vurulub.
Layihə rəhbəri Mənsuma Əliyeva Teleqraf.com-a bildirib ki, layihə çərçivəsində turizm ixtisasları üzrə fənlərin tədrisində Situasiya təhlilindən istifadənin əhəmiyyəti, onun yazılma şəkli və nümunələri özündə əks etdirən kitabça çap olunub.
Layihə çərçivəsində 13 mart 2017-ci il tarixində Kitabevim.az kitab mağazasının tədbir zalında və 14 mart 2017-ci il tarixində isə Azərbaycan Turizm və Menecment Universitetində kitabın təqdimatı keçirilib, və mütəxəssislər tərəfindən gənclərə Situasiya təhlilin tədrisdə istifadəsinin əhəmiyyəti izah olunub.
Bəkir