12 Avqust 2014 12:05
3 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri - ənənəvi seksual oriyentasiyası olan insanların sayı günü-gündən artır. Belələri şou-sənət aləmində də az deyil.

Amma məsələ ondadır ki, cəmiyyətdə bu məsələ birmənalı qarşılanmadığından bir çoxları “xəstəliyini” gizlədir. Amma bəziləri böyük cəsarətlə intim həyatları haqqında açıq danışa bilirlər. Gəlin görək kimlər lesbiyan olduğunu açıq bəyan edib:

Cudi Foster


Fosterin ən yaxşı qadın obrazına görə 2 oskarı, 2 oğlu, onun şərəfinə adlandırılan asteroidi, və…. sevgili qadını var: produsseri Sindi Mort.

Hələ 2007 ci ildə aktrisa etiraf etmişdi ki o, 14 ildir Sindi Mortalla birlikdə yaşayır. Amma rəsmi olaraq bu haqda o, 2013 ildə “”Qızıl qlobus” mükafatlarının təqdimetmə mərasimində bəyan edib.

Cenni Şimitsu


Şimitsu aktrisa və model olaraq məşhur olsa da onu daha çox sevgi məcaraları ilə tanıyırlar. Yapon əsilli modelin eks sevgililəri siyahısında Ancelina Coli, Naomi Kembell, Madonna və digər məşhurların adı var. Cenninin digərlərindən fərqi onadır ki, o, eksperiment etmir və həqiqətən lesbiyandır. Hazırda onun həyatının qadını model Mişel Harperdir. Şimitsu deyir ki, o ulduzlarla olan sevgi məcaraları haqqında etriflarla dolu kitab yazacaq.

Ellen Peyc


26 yaşlı Ellen Peyc “Nabat”, “İks insanlar” və “Cuno” filmlərindəki rolları ilə məşhurdur. Bir neşə il Ben Fosterle görüşən Ellen nəhayət sevgililər günündə etiraf edib ki o lesbiyandır: Mən neçə illərdir əziyyət çəkirəm. Etiraf etməyə qorxurdum amma indi artiq dözə bilmirəm nə özümü nədə həyatımda olan heç kimi aldatmaq istəmirəm”. Ellen artıq LGBT təşkilatının təşkil etdiyi bütün tədbirlərdə iştirak edir.

Ellen DeCeneres


Teleaparıcı qadınlara olan sevgisini hələ 1997-ci ildə bəyan edib.
O məşhur “Opra Şou”da o zaman üçün şok etirafı edir. Ellenin şəkli “Time” jurnalının üz qabığında “Bəli mən lesbiyanam” başlığı ilə dərc edilir. O, sevgilisi aktrisa Portiya Rossi ilə 2008 ci ildə kaliforniyada evlənirlər. Sonralar Kaliforniya ştatında eyni cinsli nigahları qadağan etdilər. Bu il Ellen Oskar mükafatlarının təqdimetmə mərasiminin aparıcısı kimi çıxış edib.

Sintiya Nikson


“Böyük şəhərdə seks” filminin ulduzu Sintiya Nikson düz 15 il professor Denni Mozeslə birlikdə yaşayır və onların 2 övladı dünyaya gəlir. Və birdən... ailəsini atıb lesbi-hərəkatın aktivistlərindən biri Kristin Marinoninin evinə köçür. Qızlar 2003 cü ildə tanış olublar və bir-birlərinə vurulublar... 2012 ci ildə bu cütlük Nyu-Yorkda evlənir.

Ülkər


Müəllif: