Ponofilmlərin cəlbediciliyini inkar etmək mümkün deyil. Xüsusən, kişilər üçün bu filmlər çox vacibdir.
Ona görə də əgər yataq otağınızın sizin üçün o filmlərdən daha çəkici olmasını istəyirsinizsə, porno ulduzların məsləhətlərinə qulaq asın.
Yataqda adi vaxtlardan daha şövqlü olun
Gündəlik həyat problemləri, məişət intim həyatı kölgədə qoyur. Iş, ev, uşaqlar deyincə seks ikinci plana keçir. Porno ulduzların məsləhəti budur ki, heç nəyə baxmayaraq, yataq otağına keçdinizsə, hazır olun, burda yeni həyat başlayır. Təşəbbüskar olun, onu “oyadın”... Bir baxış, kiçik busə əla başlanğıc ola bilər.
Onu pornofilmin qəhrəmanına çevirin
Əlbəttdə, divarın o tərəfində uşaqlar və ya valideynlər var. Amma bu sizin üçün maneə olmamalıdır. Bunun üçün sadəcə, daha sakit hərəkət etməniz yetərlidir. Əsas odur ki, onu arzuladığınızı hiss etdirəsiniz. Sevgilinizin əsl maço kimi hərəkət edərək öyrəndiyi bütün üsullardan istifadə etməsinə kömək edin.
Seksi sevin, rolunuzu düşünməyin
Siz hərdən özünüzün bacarıqsız olduğunuzu düşünürsünüz. Üstəlik, gözəl olmadığınızı düşünməniz də sizə psixoloji olaraq pis təsir göstərə bilər. Pornoulduzlar deyir ki, kişilər seksin özünü sevirlər. O andan onlar üçün sizin necə görünməniz qətiyyən maraqlı deyil. Onlar üçün əsas olan qadının yataqda nə qədər coşğun olduğudur. Ona görə də “mən formada deyiləm” və “işığı söndürək” kimi axmaq fikirlərlə havanı pozmayın. Axı o, modellərin iştirak etdiyi sərgiyə gəlməyib... bunu unutmayın.
Ona həzzin şifrəsini verin
Masturbasiyaya nifrət edirsiniz və hesab edirsiniz bu məktəblilərin işidir. Siz dərin bir səhvə yol verirsiniz. Məhz masturbasiya sizi öz bədəninizi yaxşı tanımağa kömək edir. Siz nədən həzz aldığınızı bilirsiniz. Porno ulduzları hesab edir ki, sizin yataqda onlardan ən böyük üstünlüyünüz səmimi olmağınızdır. Və məsləhət görürlər ki, bundan istifadə səmərəli istifadə edin. Səmimi şəkildə sevgilinizdən nəyin necə olmasını istədiyinizi ona bildirin. Müxtəlif pozalarda və ya oxşamaların hardan necə başlamasını işarə edin.
Ülkər