27 Noyabr 2014 02:17
879
12 Punto 14 Punto 16 Punto 18 Punto
Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yağıntılı olacağı gözlənilir. Şimal küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-6°, gündüz 6-8° isti, Bakıda gecə 4-6°, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 3-8° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 5-10° şaxta, gündüz 2°-dən şaxtadan 3°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Temperatur gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s olacaq. Temperatur gecə 4-6°, gündüz 6-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti təşkil edəcək.

Müəllif: