Türkiyənin Ədirnə şəhərində yaşlı bir qadının yaşadığı bina evindən 5 yük maşını zibil çıxıb. 72 yaşlı Şahsene Bozkurda aid birinci mərtəbədəki evdən pis iylər gəldiyini deyən qonşular bununla bağlı şəhər bələdiyyəsinə şikayət edib.
Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, bələdiyyə də evin təmizlənməsi üçün mütləq məhkəmə qərarı olmasının vacibliyinə toxunub. İki il əvvəl başlanan məhkəmə prosesi məhəllə sakinlərinin lehinə nəticələnib və bələdiyyə işçiləri qapını dəmirlə açıblar. Evdən qadının daha öncə zibil yeşiyindən götürdüyü qida maddələri, geyimlər, torba, kağız kimi maddələr çıxıb.
Ev dezinfeksiya olunandan sonra oradakı pişik və quşlar da heyvanlar üçün xüsusi mərkəzlərə götürülüb. Ev sahibi Bozkurdun qonşusu Hüseyin Aydoğan isə deyib ki, yaşlı qadın evində illərdir zibil yığır.