Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda zəlzələ baş verib.
Teleqraf.com AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verır ki, bu gün 03:00-da Ordubad ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 4,3, dərinliyi 5 km olub.