AirlineRatings.com portalı 449 şirkəti nəzərdən keçirərək, dünyanın ən təhlükəsiz hava yollarını müəyyən edib.
Teleqraf.com xəbər verir ki, ötən il 3,3 milyard sərnişin hava yollarından istifadə edib, 27 milyon uçuş baş tutub. Dünyanın ən təhlükəsiz hava yolları şirkəti əvvəlki kimi Avstraliyanın Qantas hava yolları seçilib. Siyahının əsas təhlükəsiz və yeniliyin həyata keçirməsi baxımından hava yollarının onluğuna: Air New Zealand, British Airways, Cathay Pacific Airways, Emirates, Etihad Airways, EVA Air, Finnair, Lufthansa və Singapore Airlines hava yolları şirkətləri daxil olmuşdur. Ucuz hava yolları arasında onluğa: Aer Lingus (İrlandiya), Alaska Airlines (ABŞ), Icelandair (İslandiya), Jetblue (ABŞ), Jetstar (Avstraliya), Kulula.com (Cənubi Afrika), Monarch Airlines (Böyük Britaniya), Thomas Cook (Böyük Britaniya), TUIfly (Almaniya) şi WestJet (Kanada) hava yolları şirkətləri daxil olmuşdu. Ən təhlükəli hava yolları isə Nepalın Tara Air və Nepal Airlines, Qazaxıstanın Scat Airlines və Əfqanıstanın Kam Air şirkətləri seçilmişdi. Bu şirkətlərə Avropa İttifaqı ölkələrinə uçuş etməsinə qadağa qoyulmuşdur.
Rüstəm