Azərbaycanın pərakəndə kompüter satışı mağazalarında "Microsoft Azerbaijan" şirkətinin hazırladığı "Gizli alıcı" proqramı çərçivəsində növbəti reydlər keçiriləcək.
roqramın məqsədi Bakının kompüter texnikası mağazalarında piratçılığın səviyyəsi barədə informasiya toplamaqdır. Şirkətdən qeyd ediblər ki, 2014-cü ilin yekunları üzrə pərakəndə kompüter satışı mağazalarında belə reydlər dəfələrlə aparılıb. Reydlər bu il üçün də nəzərdə tutulub.
Proqramın yekunu üzrə "Microsoft"un topladığı məlumatlar "gizli satıcılar"ın qanun pozuntusu aşkar etdikləri şirkətlərin rəhbərlərinə təqdim ediləcək. Əgər pozuntular aradan qaldırılmazsa və növbəti monitorinq zamanı təkrarlanarsa, şirkət hüquqi təsir addımları atmağa hazırdır.
Qeyd edək ki, kompüter texnikası mağazaları pirat softun yayılmasının əsas mənbələrindən biridir.