İsveçrənin Solar İmpulse-2 təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtından dünya səyahətinə başlayacaq.
Teleqraf.com Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, layihənin təşkilatçıları dünya səyahətinin ya fevralın sonlarında, ya da martın əvvəllərində başlayacağını bildirirlər. Beş aylıq uçuş zamanı təyyarə yalnız günəş batareyalarından qidalanaraq 35 min kilometr yol qət etməlidir.
Əbu-Dabidən başlayacaq ekspedisiya Hindistan, Çin, ABŞ və Aralıq dənizinin ərazilərindən keçməlidir. Təyyarənin Birləşmiş Ərəb Əmirliyinin paytaxtına dönüşü isə iyulun axırı – avqustun əvvəllərinə planlaşdırılır.
Dörd elektrik mühərriki ilə təchiz olunmuş Solar İmpulse-2 təyyarəsi korpusunda yerləşdirilmiş 17 min batareyanın köməyi ilə tam enerji yığdıqdan sonra maksimal sürətini saatda 140 kilometrə qədər çatdıra bilir.