26 Yanvar 2015 00:01
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Gün ərzində özünüzü bütünlüklə fəaliyyətə həsr etməlisiniz. Münasibət və alqı-satqı məsələlərinə isə həvəs göstərməyiniz məqsədəuyğun deyil. Axşam işgüzar söhbətlər aparmaq sizə səmərə verəcək.

BUĞA - Havaların qeyri-sabitliyi sizə mənfi təsir göstərməkdədir. Odur ki, var gücünüzlə sağlamlığınızı qoruyun. Nahardan sonra şəxsi işlərinizdə böyük dəyişikliklər mümkündür.

ƏKİZLƏR - Təzadlı bir gün yaşayacaqsınız. Ətrafınızda cərəyan edən situasiyalar gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Belə məqamlarda dostlarınızla birgə olmağa çalışın.

XƏRÇƏNG - Özünüzü lovğa və ya təkəbbürlü aparmayın. Bu gün sizə sadə görünmək lazımdır. Bu yolla özünüzə qarşı rəğbət oyada bilərsiniz. Günortadan sonra qarşınıza yaxşı adamlar çıxacaq.

ŞİR - Pulla bağlı problemləriniz olsa da, qalan məsələlərdə ovqatınız xoş olacaq. Xüsusən də münasibətlər zəminində cərəyan edən proseslərdə rahatlıq tapacaqsınız. Uzaq yola çıxmayın.

QIZ - Ulduzların düzümü səfərə çıxmaq üçün münasib vaxt olduğunu bildirir. Maddi durumunuz imkan verirsə, bundan imtina etməyin. Ətrafınızda olan insanları real qiymətləndirməkdə yanılmayın.

TƏRƏZİ - İxtiyarınızda olan bu təqvim sizə düşərli olacaq. Çünki ulduzlar xoş ovqat və qazanc əldə edəcəyinizi bildirir. Oturaq işlərə çox da həvəs göstərməyin. Aktivliyinizi artırın.

ƏQRƏB - İkitərəfli əməkdaşlıq çox uğurludur. Əlavə adamlar planlarınızı poza bilər. Tanınmış şəxslərlə əlaqələrinizi dərinləşdirin. Günün ikinci yarısında yeni simalarla görüşləriniz mümkündür.

OXATAN - Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün başlıca vəzifəniz sağlamlığınızı qorumaq olmalıdır. Digər məsələlərə isə ciddi yanaşmağa ehtiyac yoxdur. Əsas gücünüzü istirahətə verin.

OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə heç bir narahatçılığınız gözlənilmir. İşgüzar sövdələşmələrdə iştirak etsəniz, növbəti ayda probleminiz yaranmayacaq. Pulla bağlı ehtiyatlı olun.

SUTÖKƏN - Yaxşı olar ki, bürcünüzün "hakim" olduğu bu ərəfədə hisslərinizi cilovlayasınız. Əks təqdirdə arzulamadığınız qalmaqala tuş gələcəksiniz. Yeni əlaqələr uğurdan xəbər verir.

BALIQLAR - Sürprizlərlə dolu bir gün yaşayacağınız güman olunur. Ola bilsin ki, bu təqvim 2012-ci ilin ilk yaddaqalan tarixinə çevrilsin. Hər cəhətdən buna hazırlaşın. Hər bir prosesə soyuqqanlı yanaşın.


Müəllif:

Oxşar xəbərlər