28 Yanvar 2015 14:12
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apple yeni iWatch saatlarının satışı aprel ayında başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə yanvarın 27-də korporasiyanın rəhbəri Tim Kuk məlumat verib. Saatlar ilk dəfə ötən ilin sentyabrında təqdim olunub. Satışa çıxarılacaq saatların minimal qiyməti 349 dollar təşkil edəcəyi bildirilib.

Yeni iWatch iki modeli təqdim ediləcək. Onlar 3 stildə təqdim olunur: standart, idman və qızıl formada olacaq. Ağıllı saatları digər Apple alətləri ilə sinxronizasiya etmək mümkün olacaq. Saatların sahibləri onları məsafədən şarja qoya biləcəklər. Ekranın sapfir örtüyü isə onları zədələrdən qoruyacaq. Saatlar sağlamlıq parametrlərinə nəzarət edən HealthKit fuksiyasını dəstəkləyir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər