Türkiyənin Iğdır şəhərində PKK terrorçular tərəfindən açılan atəş nəticəsində Azərbaycan əsilli türk polis şəhid olub.
BAKU.WS-in məlumatına görə, vətən uğrunda canından keçən Olqun Qurbanoğluna bu gün Iğdır dövlət xəstəxanası qarşısında bir vida mərasimi təşkil olunub.
Mərasimə qatılan şəhid polis Olqun Qurbanoğlunun bacısı Şenay Okuklunun ayaqyalın olması diqqətdən qaçmayıb. Şəhidin bacısına qadın polis məmuru tərəfindən başmaq verilib. Olqun Qurbanoğlu uşaq yaşlarında atasını, bir həftə öncə isə anasını itirmişdi.
Şəhid polisin həyat yoldaşı, uşaqları və qayınatası isə vida mərasimində iştirak etməyib. Mərasim boyunca şəhid bacısı və Sadiq Qurbanoğlunun fəryadı ətrafdakı insanları riqqətə gətirib. Şəhid polisin cənazəsi dualar oxunduqdan sonra hərbi helikopterlə Ərzuruma aparılıb.