Bacısı ilə gizli eşq yaşayan yeznəsini öldürən 17 yaşlı gəncə 48 il həbs cəzası istənilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Baldızı Ceylanla birlikdə Mardindən İstanbula qaçan Hamdullah Ayaydına 17 yaşlı Serhat hücum edib. Prokurorluq məhkəmədə Serhata 48 il həbs cəzası istəyib.
Məlumata görə, Hamdullah Ayaydın hamilə xanımına kömək etməsi üçün baldızını 8 ay əvvəl evlərinə gətirib. Bu müddət ərzində Hamdullah baldızı ilə gizli eşq yaşayıb. Onlar birlikdə İstanbula qaşmağa qərar veriblər. Ancaq qohumları avtovağzalda onları tutublar.
17 yaşlı Sərhat ifadəsində bunları deyib : "Ceylanı evə aparmaq istədik. Ancaq Hamdullah "Biz evlənməyi düşünürük və mən ondan ayrılmayacam" dedi. Ceylan isə "Biz bir-birimizi sevirik" söylədi. Bu sözlərdən sonra şoka düşdüm. İkisinə də hücum etdim".
Hazırda məhkəmə davam edir.
Rüstəm