18 Sentyabr 2015 12:21
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada "Əxlaq mühafizəçiləri"" (bu dəstə könüllülərdən ibarətdir, hüquq-mahafizə oraqanlarına kömək edir) nikahdan kənar cinsi əlaqədə olan qadını təcavüz edərək cəzalandırıblar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı qadın əri dünyasını dəyişdikdən sonra bir müddət yas saxlayıb. Daha sonra 40 yaşlı kişi ilə görüşən qadının münasibətindən "əxlaq mühafizəçiləri" xəbər tutub.

Onlar özləri günahkarı cəzalandırmaq qərarına gəliblər. Belə ki, "əxlaq mühafizəçiləri" sevgililər görüşən zaman evə basqın ediblər. Onlar əvvəlcə kişinin əl-qolunu bağlayıb döyüblər. Qadına isə təcavüz etdikdən sonar onu kəndin küçələri ilə gəzdirərək insanlara xəbərdarlıq ediblər. Sonra qadını polis məntəqəsinə gətiriblər.

Qadın polisə ifadəsində "əxlaq mühafizəçiləri"nin ona təcavüz etdiklərinin bildirib.

Təcavüzkarların axtarışına başlayan polis onlardan 3-nü saxlayıb. Təcavüzkarlardan birinin 13 yaşının olduğu müəyyən olub. Ona qarşı hansı ittihamın sürüləcəyi isə bilinmir.

Təcavüzə məruz qalan qadın və onun nikahdan kənar sevgilisi doqquz qamçı zərbəsi ilə cəzalandırılıblar.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər