22 Oktyabr 2015 21:14
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Trolxettan şəhərindəki orta məktəblərdən birinə hücum edilib. Yerli KİV-lərin məlumatına görə, hadisə zamanı 5 nəfər xəsarət alıb.

Hücumu qılıncla silahlanmış maskalı şəxs törədib. Yaralananların birinin müəllim, dördünün isə şagird olduğu bildirilir. Son məlumata görə, yaralı müəllim xəstəxanada keçinib. İki şagird əməliyyat olunub.

Polis cinayətkarı həbs edərkən atəş açmağa məcbur olub. Onun səhhəti barədə məlumat verilmir.


Müəllif: