27 Oktyabr 2015 17:47
3 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kişi 11 il əvvəl boşandığı həyat yoldaşını uşağının gözü qarşısında öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı Ali Kapu 4 uşağının anası 57 yaşlı Şenay Özü tapanca ilə vuraraq öldürüb.

Qadın qızı ilə evə gedərkən yolda keçmiş həyat yoldaşı ilə qarşılaşıb. Onlar arasında mübahisə düşüb. Əsəblərinə hakim ola bilməyən kişi qızının yalvarmağına baxmayaraq, tapanca ilə keçmiş xanımını vurub. Daha sonra silahın qundağı ilə qadını vurmağa davam edib.

Ətrafdakıların çağırışdan sonra hadisə yerinə gələn polis Ali Kapunu həbs edib. Ağır yaralanan Şenay Öz xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Atasının anasını öldürdüyünün şahidi olan qızı yaxınları sakitləşdirməyə çalışıblar.

Polisdə ifadə verən Ali Kapu keçmiş xanımının başqa biriylə əlaqədə olduğunu öyrəndiyini vurğulayıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Ramal


Müəllif:

Oxşar xəbərlər