4 Dekabr 2015 21:52
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar xəyanətlə üzləşəndə çox vaxt intiqam alırlar. Teleqraf.com qadınların ərlərindən aldıqları ən maraqlı intiqamların fotolarını təqdim edir:

1. Yaponiyada qadın ona xəyanət edən edən ərindən intiqam almaq üçün həyat yoldaşının bütün elektron əşyalarını suya atıb. Sonra isə görüntülərini ərinə göndərib.

2. İngiltərədə isə qadın xəyanətkar ərinin avtomobilinin pəncərəsini sındırıb. Əsəbi soymayan qadın maşının içərisinə bir vedrə palçıq atıb.

3. Almaniyada qadın sevgilisini ona xəyanət edərkən şəkillərini çəkib. Daha sonra isə bütün şəkilləri oğlanın avtomobilinin üzərinə yapışdırıb.

4. ABŞ-da isə oğlan ona otaq yoldaşı ilə xəyanət edən sevgilisinin şəkilini çəkərək "feysbuk" hesabında paylaşıb. Qəribəsi isə odur ki, şəkili ilk bəyənən sevgilisi və otaq yoldaşı olub.

5. Sevgilisini onu digər qızlarla aldatdığını öyrənən gənc qız qeyri adi intiqam alıb. O, oğlanın şəkillərini "İtmiş it elan"ı kimi divara vurub.

6. ABŞ-da isə qadın ona xəyanət edən sevgilisinin bütün əşyalarını “pulsuzdur” yazaraq yolun kənarı atıb.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif: