Qərbdə mobil telefonlar üçün nəzərdə tutulmuş proqramın köməyi ilə idarə olunan evlərin sayı artıb. "Ağıllı" ev texnologiyası insanlar arasında sürətlə populyarlaşıb.
Keçirilmiş sorğuların nəticəsinə əsasən, insanlar evlərini mobil qurğular vasitəsilə idarəetməyə üstünlük verirlər.
Bunun nəticəsidir ki, son 12 ayda İngiltərə, Macarıstan, Avstriya və Fransa kimi ölkələrdə "ağıllı" ev istifadəçilərinin sayı 1 milyondan 5 milyonadək artıb.
Məlumat üçün qeyd edək ki, "ağıllı ev" sistemində mobil telefonun köməyi ilə çox asanlıqla pəncərəni uzaq məsafədən bağlamaq, evin istilik dərəcəsinə nəzarət etmək, qaz piltəsinin işini tənzimləmək, hətta işığı yandırıb-söndürmək də mümkündür.