Kolorado Universitetinin alimləri ABŞ-ın bir sıra ən böyük ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində dünyada ilk dəfə olaraq foton prosessoru hazırlayıblar.
Qeyd edək ki, bu prosessor müasir elektron analoqlarla müqayisədə informasiyanı dəfələrlə sürətli emal edir. Yenilik nəhəng informasiya email mərkəzlərinin daha çevik işləməsinə səbəb olacaq.
“ICTnews” elektron xəbər xidməti “www.vesti.tu” resursuna istinadən yazır ki, məlumatları işığın köməyi ilə ötürən prosessor kvadrat millimetr üçün 300 Qbit/s buraxılış qabiliyyətini təmin edən 850 ədəd optik giriş-çıxış elementindən ibarətdir.
Bu göstərici adi prosessorla müqayisədə 10-50 dəfə çoxdur. Bundan başqa, foton mikroçipi iki nüvədən ibarətdir və daha kiçik ölçüyə (3x6 mm) malikdir.
Layihənin rəhbəri Miloş Popoviçin sözlərinə görə, prosessorun hazırlanmasında qovşaqlar arasında informasiyanın ötürülməsi üçün infraqırmızı işıqdan istifadə edir ki, bu da minlərlə server arasında məlumatların ötürülməsini dəfələrlə sürətləndirməyə imkan verəcək.
Məlumat üçün bildirək ki, 2017-ci ilin əvvəlinə prosessorların ilk sınaq nümunələrinin hazır olacağı gözlənilir.