5 Fevral 2016 08:16
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil telefonlardan istifadə genişlənir. “Cisco” şirkətinin araşdırmasına görə, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələcək.

“Cisco” şirkətinin məlumatına əsasən, 2020-ci ilədək dünyada 5.4 milyard nəfər smartfondan istifadə edəcək. Müqayisə üçün bildirək ki, hesablamalara görə, sözügedən dövrdə 5.3 milyard nəfər elektrik enerjisi, 3.5 milyard nəfər isə sudan istifadə edə biləcək.

Ekspertlər hesab edir ki, istifadədə olan smartfonların sayı cəmiyyətin həyatın bütün aspektlərində bu qurğulardan asılılığını göstərir. Belə ki, “ağıllı” telefonların köməyi ilə zəng etmək, dostlara mesaj göndərmək, məhsul və ya kommunal xidmətlərin haqqını ödəmək olar. Hesabata əsasən, 2020-ci ilə mobil trafikin həcmi 10 dəfə yüksələrək 366.8 ekzabayt təşkil edəcək.

366.8 ekzabayt – bu, sosial şəbəkələrdə yerləşdirilmiş 81 trilyon şəkil və ya 7 trilyon videoçarxa ekvivalentdir.

2020-ci ilə dünyada 11.6 milyard smartfon hazırlanacaq. Məlumat üçün bildirək ki, 2015-ci ildə bu göstərici 7.9 milyard olub. Həmçinin 2020-ci ilə “5G” rabitə texnologiyası işə salınacaq.

Mobil internetin qlobal orta sürəti saniyədə 6.5 meqabitə yaxınlaşacaq.


Müəllif:

Oxşar xəbərlər