7 Fevral 2016 18:59
4 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnternetdə hündürdabanlar mövzusunda çox maraqlı sitatlar tapmaq olar. Məsələn, Merilin Monro dikdaban ayaqqabıya olan sevgisini belə ifadə edib: “Hər hansı qıza gözəl ayaqqabı verin, o, həmin ayaqqabılarla dünyanı fəth etsin”.

Tanınmış ayaqqabı kralı Manola Blahnik isə ayaqqabı ilə xarüqələr yaratdığını iddia edir:

“Ayaqqabı qadının yerişini dəyişəndə, bunu öz uğurum hesab edirəm, çünki adi qadını qeyri-adi xanıma çevirmək çətindir, mənsə, bunu bacarıram”.

Viktoriya Bekhem: “Ayağımda dikdaban olmadan fikrimi cəmləyə bilmirəm”.
“Dikdabanda sevgilin səndən balaca görünürsə, onu başqası ilə dəyiş. Dikdaban ayaqqabılardan imtina etməyəcəksən ki?!”


Zərif cinsin bir çox nümayəndələri öz həyatını dikdaban ayaqqabı olmadan təsəvvür edə bilmirlər. Dikdaban ayaqqabılar qadını cəlbedici göstərdiyi üçün xanımlar istənilən narahatlığa dözməyə razı olurlar. Lakin yeni mövsümdə bir çox dizayner hündürdaban ayaqqabılardan imtina edib. Dəyirmi burunlu kiçik dabanlı ayaqqabılara ən çox “Creatures Of The Wind”, “3.1 Phillip Lim”, “Dolce & Gabbana” və “Chanel”-in kolleksiyalarında rast gələ bilərik.

Demokratik (ucuz və hamı üçün əlçatan olan markalar) markalar da bu tendensiyaya əməl edib və mağazalarda artıq alçaqdabanlı ayaqqabılar təqdim ediblər.

Publika.az xəbər verir ki, demək olar ki, bütün dizaynerlər yaz-yay kolleksiyalarında retro üslubuna müraciət edib və dabanı qısaldıblar. Moda evlərinin yeni kolleksiyasına nəzər salsaq, görərik ki, onlar yeni mövsümdə modapərəstlərə nənələrin ən çox sevdiyi alçaqdaban ayaqqabılar təklif ediblər. Qoy bu ad və belə ayaqqabılar sizi qorxutmasın. Çünki onlar çox sadədir, həm də ayaqda da kifayət qədər cəlbedici görünür.

Alçaq və qalın dabanlı ayaqqabılar bir çox cəhətdən əlverişlidir. Onların üstündə gəzmək rahat olduğu üçün bütün qızların qarderobuna yol tapacağına şübhə etmirik. Bu ayaqqabılar sadə və yığcam fasonu sayəsində istənilən üslubla uzlaşır. Odur ki, bu qeydi yadda saxlayın: yeni tendensiyaya əməl edib baharın ən dəbli xanımı siz olun!


Müəllif:

Oxşar xəbərlər