9 Fevral 2016 14:41
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı hakerlər xüsusi proqram vasitəsilə rubl/dollar məzənnəsini dəqiqələr ərzində 15%-dən çox oynadıblar.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, məsələni araşdırmaq tapşırılmış kibertəhlükəsizlik şirkətinə (Group-IB) görə, hakerlər “pisməqsədli” proqram vasitəsilə regional rus bankının hesablarına daxil olub, rubl/dollar məzənnəsini dəqiqələr ərzində 15%-dən çox oynadıblar. Hakerlər “Corkow Trojan” olaraq bilinən bir virusla Kazanda yerləşən “Energobank”ın hesablarına daxil olub, məzənnə üzərindən 500 milyon dollarlıq əmr daxil ediblər.

Şirkət hücumun arxasında kimlərin olduğunu açıqlamayıb.

“Group-IB”nin kiberkəşfiyyat bölməsinin rəhbəri Dmitri Volkov bildirib ki, bu, virusdan istifadə edilərək həyata keçirilən ilk hücumdur və daha çox zərərə gətirib çıxarma potensialı daşıyır.


Müəllif:

Oxşar xəbərlər