Çin Xalq Respublikasında fevralın 18-dən etibarən “Apple Pay” ödəmə sisteminin tətbiqinə başlanılıb.
Artıq “iPhone 6”, “iPad” və “Apple watch” istifadəçiləri Çində mağazalarda ödənişi bu sistemin vasitəsilə edə biləcəklər. Mağazalarla yanaşı, restoranlar və elektron ticarət xidməti göstərən şəbəkələr də bu sistemə qoşulublar.
Bir müddət əvvəl “Apple” şirkəti ilə Çinin “UnionPay” bank kart assosiasiyası arasında bu barədə razılaşma əldə olunmuşdu. Çinin 20-yə yaxın bankı müştərilərinə fərdi hesablarını “Apple Pay” sistemi ilə əlaqələndirməyə icazə verib.
Xatırladaq ki, Çin “Apple” şirkətinin ikinci ən böyük bazarıdır.