Türkiyədə ata liseydə oxuyan qızı ilə cinsi əlaqəyə girən oğlana 5 bıçaq zərbəsi vurub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Zonquldakda baş verib.
Polisin verdiyi məlumata görə, arvadından ayrılıb Giresunda yaşayan 45 yaşlı ata Ahmet A. 15 yaşlı qızı B.A-ni görməyə gəlib. O, 22 yaşlı Umut H.-nin qızını aldadaraq onunla cinsi əlaqədə olduğunu öyrənib. Ahmet yolda gedərkən qarşılaşdığı Umuta 5 bıçaq zərbəsi vurub. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Reamasiyaya yerləşdirilən Umutun vəziyyətinin ağır olduğu bildirilib.
Ahmet A. isə jandarma tərəfindən saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Ramal