1 Mart 2016 18:19
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə keçirilən sosial təcrübə ölkədə gündəm yaradıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, təcrübədə əsas məqsəd təcavüz və zorakılığa qarşı ictimaiyyətin reaksiyanı yoxlamaq olub.

Gözəl bir qadına yaxınlaşan bir kişi ona söz ataraq telefon nömrəsini istəyir. Sərnişinlərlə dolu olan metro vaqonunda qadın telefon nömrəsini vermək istəmir. Bu cavab kişini əsəbiləşdirir və o, qadının üstünə qışqırmağa başlayır O, hamının gözü qarşısında qadını alçaldır.

Bu məqamda metro stansiyaya çatır. Hamı vaqonu tərk edir. Adamın qadına kobud rəftarı davam edərkən yalnız iki kişi onun müdafiəsinə qalxır. Təcrübə sonunda çox adamın reaksiya verməyərək, stansiyada vaqondan enməsi diqqət çəkir.

Teleqraf.com sözügedən videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər