5 Mart 2016 00:54
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkun Uotinq Qlen zooparkında maraqlı olay baş verib.

Teleqraf.com-un xəbərinə görə, heyvanxanada saxlanılan anadangəlmə kor olan keçı özü kimi görmədən məhrum keçı ilə dostlaşıb. Marsiya adlanan bu keçı anadan kor doğulub. Hətta ondan anası belə imtina edib. Heyvanların həyatını xilas edən cəmiyyətin yardımı olmasaydı, keçı çoxdan ölümə məhkum olardı. Heyvanxananın əməkdaşları Marsiyanın yaşaması üçün əllərindən gələni edirlər. Onlar keçını şüşəylə yedizdirir, onu müntəzəm müayinə üçün veterinar çağırır, hətta masaj belə edirlər.

Onların dediyinə görə, Marsiyanı tək qoyan kimi o, həyəcan keçırməyə başlayır. Çünki tək qaldıqda o, hər şeyi özü eləməli olur.

Marsiya bir gözü kor olan Morıs adlı keçını tapdıqdan sonra özünü tənha hiss etmir. Morıs heyvanxanaya gətirilən gündən onlar dərhal dostlaşıblar.

Heyvanxana işçısının dediyinə görə, Maris gələndən Marsiya onunla öz dilində danışıb dərdləşir. Onlar bir-birindən ayrılmırlar. Bir yerdə yeyib-içir, birgə yatırlar. Maris öz dostuna bir çox şeyləri öyrədir. O, artıq heyvanxananın hasarına neçə addım qaldığını və harda dayanmaq lazım olduğunu belə bilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər