11 Aprel 2016 17:43
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özgəcan Aslanı vəhşicəsinə qətlə yetirdiyinə görə ağır cəzaya məhkum olunan Əhməd Sübhi Altındökən ilə onun atası Nəcməddin Altındökən həbsxanada güllələnib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, yaralanmış oğul ilə ata Adana xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti ağırdır.

Xatırladaq ki, 2015-ci ilin fevral ayında 20 yaşlı Özgəcan Aslan evə getmək üçün avtobusa minib. Qızın sonuncu müştəri olduğunu görən sürücü yolunu dəyişib və avtobusu kimsəsiz yerə sürüb. O, burada qıza təcavüz etmək istəyib. Lakin bu zaman qız bibər qazını sürücünün gözünə sıxıb. Qəzəblənən sürücü qızı bıçaqlayıb. Daha sonra başından dəmirlə vuraraq öldürüb. Bundan sonra qızın əllərini kəsib və atası ilə dostunu çağıraraq tələbənin cəsədini yandırıb.


Müəllif:

Oxşar xəbərlər