Çeçenistanın hazırki rəhbəri Ramzan Kadırovun böyük qardaşı Zəlimxan Kadırovun oğlunun toy mərasimi keçirilib.
Mərasim Tsentaroy bölgəsində baş tutub. Bununla bağlı Kadırov rəsmi isntagram səhifəsində məlumat verib. O bildirib ki, qardaşı oğlu Həmzət Kadırov İman Maqomadova adlı xanımla ailə qurub: “Sevincimizi qardaşlarım, Şimali Qafqaz regionunun, federal idarələrin rəhbərləri, Rusiyadan və başqa ölkələrdən qonaqlar bölüşdülər. Toya Rusiyanın Şimali Qafqaz üzrə naziri Lev Kuznetsov da təşlif buyurub”.
Diqqət çəkən məqam toy karvanında çox sayda bahalı avtomobilin yer alması olub. Kadırov bildirib ki, toyda 2 mindən çox qonaq iştirak edib.
Teleqraf.com həmin toydan çəkilən görüntüləri təqdim edir:
Samir