İnformasiya təhlükəsizliyi üzrə amerikalı ekspertlərin araşdırmasına əsasən, kiberhücumların 75%-nin nəticəsi bir neçə dəqiqə ərzində hədəfin mühafizə sisteminin dağıdılması ilə nəticələnir və bundan sonra hakerlər bilavasitə öz zərərli fəaliyyətini həyata keçirməyə başlayırlar.
“Verizon” şirkətinin məlumatına əsasən, 2015-ci ildə dünyada məlumat itkisi üzrə 2260 böyük insident qeydə alınıb, haker hücumlarının ümumi sayı isə 100 mini ötüb.
Ümumi tendensiyaya görə, hakerlər əvvəlki tək onların qarşısını almaq istəyən təşkilatlardan bir addım öndədir. Əksər haker hücumlarının son dərəcə yüksək səmərəliliyi, həmçinin haker hücumlarının yalnız 25%-nin operativ müddətə aşkar edilməsi faktı yuxarıda deyilən fikri təsdiqləyir.
Hakerlərin istifadə etdikləri üsullar dəyişməz olaraq qalır. "Antivirus şirkətləri tərəfindən təşəbbüs edilən bütün tədbirlər kompleksi, həmçinin elektron poçtun mühafizəsi üçün bir çox vasitələrin mövcud olmasına baxmayaraq, hər üçüncü fişinq “e-mail”i oxunulur" – ekspertlər deyirlər.