18 Aprel 2017 19:13
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər

Xarici işlər naziri Elmar Məmmədyarov Maltaya rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin spikeri Anqlu Farruca ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub və belə görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini önə çəkiblər. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib.

Spiker Anqlu Farruca Azərbaycana çoxsaylı səfərlərini və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb.

E.Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətraflında fikir mübadiləsi aparılıb. Nazir parlamentin xatirə kitabına ürək sözlərini yazıb.

Səxavət


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər