19 Aprel 2017 19:16
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin mayında Malta baş nazirinin himayəsi altında xüsusi toplantının keçirilməsi razılaşdırılıb

Maltanın baş naziri, eyni zamanda 2017-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edən Cozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə martın 16-17-də keçirilmiş V Qlobal Bakı Forumu ilə bağlı geniş müzakirələr aparılıb. Qeyd olunub ki, forum iştirakçıları arasında nüfuzlu şəxslərin sayı ildən-ilə artır və tədbirin gündəliyini daha maraqlı mövzular təşkil edir. Bu isə bütün dünyanı narahat edən qlobal məsələlərin müzakirəsi və səmərəli dialoq üçün geniş imkanlar açır.

Görüşdə 2018-ci ilin may ayında Malta baş nazirinin himayəsi altında NGBM-in xüsusi toplantısının keçirilməsinə dair razılıq əldə olunub. Söhbət zamanı Malta hökumətinin Azərbaycanla, eləcə də NGBM ilə münasibətlərin inkişafına önəm verməsi ifadə edilib. 2015-ci ildə keçirilən III Qlobal Bakı Forumunun iştirakçısı olmuş C.Muskatla növbəti foruma hazırlıq məsələləri də geniş müzakirə olunub.

Qeyd edək ki, Malta 2017-ci il yanvar ayının 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi Slovakiyadan qəbul edib. Malta sədrliyinin əsas prioritetləri kimi Avropada qaçqın problemi ilə bağlı Aİ üzvü olan dövlətlər arasında əməkdaşlıq münasibətlərinin artırılmasını, vahid Avropa bazarının yaradılmasını və sair məsələləri müəyyən edib. Malta iyul ayında Aİ-də sədrliyi Estoniyaya təhvil verəcək.

Səxavət


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər