28 Aprel 2017 16:41
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Demokrat Partiyasının qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi “Azərbaycanın Rusiya tərəfindən 28 apreldə işğalı” mövzusunda tədbir keçirəcək.

Bu haqda Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

Partiya sədri deyib ki, onlar tədbirə digər siyasi qüvvələri, mütəxəssis və tarixçiləri dəvət etməyib:

“Bu, yalnız mərkəzdə təmsil olunan partiya rəhbərlərinin tədbiridir. Biz düşündük ki, 1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi tarixinin daha çox siyasi mənası var. Və bu gün də bəzi qüvvələr Əliheydər Qarayevlik etmək niyyətindədir. Biz də bunu siyasi formatda müzakirə etməyin doğru olduğunu düşündük. Odur ki, tədbirə mütəxəssis və tarixçilləri dəvət etməmişik”.

Xatırladaq ki, Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində ADP, KXCP, Aydınlar, ALDP, VİP, Böyük Azərbaycan və Azadlıq partiyaları təmsil olunur.

Cavad


Müəllif:

Oxşar xəbərlər