Teleqraf.com xəbər verir ki, bu statistika Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.
Bəyanatda Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğu qeyd edilib:
“Ölkəmizdə 60-a yaxın dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20-dən artıq beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. İkitərəfli əsasda Azərbaycanın dünya dövlətləri ilə inkişaf edən qarşılıqlı faydalı əməkdaşlığının göstəricisidir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü yerinə seçilən zaman BMT-nin 155 dövləti tərəfindən Azərbaycanın namizədliyi dəstəklənib. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Paytaxt Bakı müntəzəm olaraq qlobal probemlemlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir”.
Səxavət