10 May 2017 18:47
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında qarşıdan gələn prezident seçkilərindən və Kanadada yaşayan İran vətəndaşlarının səsverməyə qatılması ilə əlaqədar maneələrdən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Zərif Kanada hökumətinin bu ölkədə yaşayan İran vətəndaşlarının qeyri-dipolmatik məkanlarda səsverməyə qatılmasına razılıq vermədiyini deyib:

“Təəssüflər olsun ki, Kanada qanunlarına görə xarici vətəndaşların səs verməsi yalnız diplomatik məkanlarda olmalıdır. Lakin bizim bu ölkə ilə diplomatik əlaqələrimiz olmadığına görə, vətəndaşlarımızın seçkilərə qatılıb səs verməsinə də imkan yoxdur.

Elə buna görə də Kanadada yaşayan vətəndaşlarımıza tövsiyə edirik ki, seçkilər günü səs vermək üçün Amerikaya getsinlər. Çünki Amerikanın müxtəlif yerlərində bunun üçün səsvermə məntəqələri nəzərdə tutulub”.

Qeyd edək ki, Kanada hökuməti 2012-ci ildə İran İslam Respublikasını “dünyda sülhə və beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhdid” adlandıraraq, rəsmi Tehranla diplomatik əlaqələrini kəsib. Bununla da Kanadanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb, İran diplomatları isə Kanadadan qovulub.

İranda növbəti prezident seçkiləri bu il mayın 19-da keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər