Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin bildirib.
O, Azərbaycanın burada yaşayan ruslara münasibətini yüksək dəyərləndirdiyini söyləyib:
“Mən deputatlara minnətdarlığımı bildirirəm. Onlar məsələni obyektiv qiymətləndirirlər. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu məsələ ilə bağlı qəti mövqeyini bildirməlidir. Rusiya da Azərbaycan kimi çoxmillətli ölkədir. Azərbaycanda bütün xalqlara bərabər münasibət göstərilir, ölkədə tolerant mühit var. Çox təəssüflər olsun ki, biz Rusiyada tolerant mühitin olduğunu görmürük”.
Cavad