Teleqraf.com xəbər verir ki, Xalqların Demokrat Partiyasının (HDP) Batmandan seçilən deputatı Ayşə Acar Başaran Ankaraya getmək məqsədilə gəldiyi Batman hava limanında həbs edilib.
Məlumata görə, millət vəkili bir cinayət işi ilə əlaqədar ifadə vermədiyi üçün haqqında verilən həbs qərarı əsasında saxlanılıb.
Deputat həbs edildikdən sonra Batman ədliyyəsinə aparılıb.