Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Moldovanın Xarici İşlər naziri Andrey Qabler açıqlama verib.
Onun sözlərinə görə, Roqozinin qara siyahıya salınmasını Moldova Nazirlər Kabinetinin bir çox üzvü dəstəkləyib.
Rus diplomatın hansı səbəbdən arzuolunmaz şəxs elan edildiyi açıqlanmayıb.
Qeyd edək ki, ötən həftə Rumıniya hökuməti Roqozinin təyyarəsini Moldovaya buraxmamışdı.