Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri ilə PKK-ya qarşı birgə əməliyyatlar aparmaq məsələsini müzakirə etdiyini açıqlayıb.
Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Bakiri ötən həftə Türkiyədə olub.
Bu, Türkiyə və İran arasında indiyə qədər hərbi sahədə ən yüksək səviyyəli görüşdür.
"Terror qruplaşmalarına qarşı İranla birgə əməliyyat hər zaman aktualdır. İki ölkənin baş qərargah rəisləri bu əməliyyatları necə keçirməyi müzakirə ediblər. İranlı generalla bunu diplomatik nöqteyi-nəzərdən də müzakirə etdik. Bu səylər davam etdiriləcək. Belə ki, İranda PKK-nın bir qanadı - PJAK fəaliyyət göstərir. Bu təşkilat iranlılarla yanaşı, bizə də ziyan vurur", - Ərdoğan bildirib.