“Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumu mühüm platformadır”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Şahin İsmayılov bildirib ki, bu fakt Azərbaycanın inkişafının göstəricisidir. Onun sözlərinə görə, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi prosesində Azərbaycanın güclü, sabit və inkişaf edən ölkə olmasına böyük önəm verilir:
“Ümumiyyətlə, Azərbaycan son illər nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bu tədbirlər vasitəsilə ölkəmiz bir daha özünü dünyaya təqdim edir. Bu tədbirdə iştirak edən nüfuzlu qonaqlar ölkəmizin inkişafı ilə əyani tanış olur, tariximiz, mədəniyyətimiz haqqında məlumatlar əldə edirlər.
Eləcə də Azərbaycanın geniş turizm imkanları onlara təqdim olunur. Bütün bunlar isə ölkəmizin dünya miqyasında daha yaxından tanınmasına səbəb olur”.