31 Avqust 2017 17:17
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Slovakiyanın milli bayramı – Konstitusiya Günü münasibətilə bu ölkənin prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.

Dövlət başçısı Azərbaycan və Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının bundan sonra da xalqların mənafelərinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, slovakiyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev Özbəkistan prezidenti Şavkat Mirziyoyevə də bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. “Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlar bizi sevindirir”, - deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Özbəkistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Prezident qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin xalqların iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inandığını bildirib. O, müqəddəs Qurban bayramı münasibətilə Şavkat Mirziyoyevə və Özbəkistanın bütün müsəlmanlarına ən səmimi təbriklərini yetirib, həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Özbəkistan xalqına əmin-amanlıq və firavanlıq diləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər