Türkiyə Rusiyadan S-400 raket əleyhinə müdafiə qurğuları əldə etdikdən sonra analoji silahları Fransa və İtaliyadan da alacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O, bununla bağlı BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan məlumat aldığını bildirib:
“Ərdoğan tək sözündə deyil, əməlində də NATO-ya sadiqdir. Hazırda SAMP/T qurğuları ilə bağlı danışıqlar gedir. Danışıqların uğurla nəticələnəcəyinə ümid edirik”.