Şərqi Azərbaycan Əyaləti Deputatlar Birliyinin rəisi Ziyaulla Ezazi yeni valilərin təqdimetmə mərasimində Azərbaycan əhalisinin ölkə prezidentindən müəyyən tələblərini dilə gətirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, çıxışı zamanı Daxili İşlər Naziri Əbdülrza Rəhmani Fəzliyə müraciət edib:
“Cənab nazir, bölgə əhalisinin mesajını prezidentə çatdırın. Biz energetika və elm, tədqiqat və texnologiyalar naziri postlarına əyalətimizdəki iki məsul şəxsi namizəd kimi təqdim edirik”.
Məcid Xudabəxşin Şərqi Azərbaycanın vali postuna təyin edilməsini müsbət qarşılayan millət vəkili ona fəaliyyətlərində uğurlar arzuladığını deyib.