Türkiyə Baş naziri Binəli Yıldırımın təyyarəsi gecə saatlarında Vaşinqtonun yaxınlığındakı Endryu hərbi bazasına eniş edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Yıldırımı bazada Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və bir sıra diplomatlar qarşılayıb.
Türkiyə baş nazirini ABŞ səfərində Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Bərat Albayraq və bir neçə millət vəkili müşayiət edir.
Yıldırım qaldığı oteldə ilk görüşünü Respublikaçılar partiyasından olan senator Bob Korkerlə edib. Bir saatdan çox davam edən görüş iki ölkə arasındakı ən vacib məsələlər müzakirə edilib.