Rusiya, İran və Türkiyənin səyləri sayəsində Suriyanın parçalanmasının qarşısını almaq mümkün oldu.
Teleqraf.com-un məlumatına görə, bunu RF Prezidenti Vladimir Putin Soçidə Rusiya, Türkiyə və İran dövlət başçılarının üçtərəfli görüşünü açıq elan edərkən deyib.
V.Putin qeyd edib ki, terrorçulara qarşı irimiqyaslı hərbi əməliyyatlar başa çatır: "Beynəlxalq terrorçuların Suriyanı ələ keçirməsinə, humanitar fəlakətə imkan verilmədi".
Prezidebt Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin Astana prosesində xüsusi rolunu vurğulayıb: "Onların iştirakı olmadan Suriyada böhranın siyasi yolla nizamlanması qeyri-mümkün olardı".