26 Noyabr 2017 13:28
2 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya əsilli alman boksçu Mahmud Ömər Çarr (Manuel Çarr) rus boksçu Aleksandr Ustinova qalib gələrək ilk dəfə dünya çempionu titulunu qazanıb.

Teleqraf.com xəbər verir ki, M.Çarr ötən günlərdə verdiyi açıqlamada “mən qaçqın olmağın nə demək olduğunu çox yaxşı bilirəm. Ərdoğanın suriyalı qaçqınlara nə qədər yardım etdiyini də çox yaxşı bilirəm. Buna görə də ona minnətdaram. O, mənim qəlbimdə dünya çempionudur. Bu minnətdarlığın qarşılığı olaraq dünya çempionu titulunu qazanan kimi Türkiyəyə uçaraq şəxsini ziyarət edib, aldığım kəməri ona hədiyyə etmək istəyirəm”, - demişdi.

Qeyd edək ki, M.Çarr 12 rauddan ibarət olan gərgin mübarizəni qalibiyyətlə başa vurub və WBA (World Boxing Association) üzrə dünya çempionu titulunu qazanıb. 33 yaşlı M.Çarr daha öncə Vitali Kliçko və Aleksandr Povetkin kimi boksçularla qarşılaşıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər