1 Dekabr 2017 19:09
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın dövlət və özəl sektora məxsus sərmayəsinin Əfqanıstana qoyuluşunu müzakirə etdik".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də sənədlərin imzalanması mərasimindən sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

“Praktiki əməkdaşlıq məsələləri sırasında biz bu gün qarşılıqlı ticarətin həcminin artırılması yollarını müzakirə etdik. Burada böyük potensial mövcuddur. Biz Azərbaycanın dövlət və özəl sektora məxsus sərmayəsinin Əfqanıstana qoyuluşunu müzakirə etdik. Sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində də böyük potensial var.

Əlbəttə ki, biz nəqliyyat şəbəkəsinə dair də müzakirələr apardıq. Azərbaycan və Əfqanıstan irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır. Bu gün konfrans zamanı hər ikimiz çıxışımızda Lapis-Lazuli nəqliyyat layihəsinə toxunduq”.

Azərbaycan Prezidenti bildirib ki, bu, bütün iştirakçı dövlətlər üçün çox vacib layihədir: “Eyni zamanda, Azərbaycan öz qonşu və tərəfdaş ölkələri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb ki, bu Asiyadan Avropaya və geriyə yeni yol açır. Bu yol mövcud olan digər marşrutlar arasında ən qısa yoldur.

Beləliklə, nəqliyyat şəbəkəsinin yaradılması yalnız yeni imkanlar yaratmır, o, həmçinin inkişafa da töhfə verir. Biz öz ölkəmizdə də bunun şahidi oluruq. Hətta kənd yollarını tikəndən sonra biz dərhal istehsalda artım, bazarlara asan çıxış və inkişafın canlanmasını müşahidə edirik. Bu səbəbdən ölkələrimizin Mərkəzi Asiya və Avropa dəmir yolları şəbəkələri ilə birləşdirilməsi həqiqətən də tarixi nailiyyətdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər