Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 aya qədər uzadıb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, bu ölkəyə tətbiq olunan iqtisadi sanksiyaların uzadılmasına səbəb Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Minsk müqaviləsinin şərtlərinin icra olunmamasıdır. Rusiya iqtisadiyyatının müxtəlif sektorlarına qarşı sanksiyalar 2018-ci il iyulun 31-dək davam edəcək.
Xatırladaq ki, Krımın Rusiyaya ilhaqından və Ukraynanın şərq hissəsində baş verən hadisələrdən sonra Avropa Birliyi, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Aİ 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiyalara tətbiq edib.