Hörmətli Baxçalının dünənki açıqlamasını əhəmiyyətli hesab edirəm. Dəstək qərarına görə şəxsim, partiyam və millətim adından ona təşəkkür edirəm.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalının 2019-cu il prezident seçkilərində Ərdoğanın namizədliyini dəstəkləyəcəyi haqda bəyanatını qiymətləndirərkən deyib.
Ərdoğan əlavə edib ki, birlikdə görəcəkləri çox iş var:
“Xeyirli olan işdə ləng davranmamaqdır. Dövlət Baxçalıya dəvət göndərdim. Onun cavabını gözləyirəm”.
Prezident daha sonra qeyd edib ki, 2019-cu ildəki prezident seçkilərində milli qüvvələrlə ipi başqalarının əlində olanlar yarışacaq:
“2019-cu il seçkiləri yerli və milli olanlarla ipi başqalarının əlində olanlar arasında keçəcəyi qətidir”.
Xatırladaq ki, dünən MHP başqanı Dövlət Baxçalı bəyan edib ki, 2019-cu il prezident seçkilərində namizədliyini irəli sürməyəcək və Rəcəb Tayyib Ərdoğanı müdafiə edəcəklər.
O, əlavə edib ki, MHP-AKP əməkdaşlığı seçkilərdən sonra 5 il davam edəcək.